VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN İSMAYILOV

Стандартный

Ceyhun İqbal oğlu İsmayılov (25 sentyabr 1996; Tovuz rayonuAzərbaycan — 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ceyhun İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz rayonunda anadan olub. 2003–2006-cü illərdə Tovuz şəhərində N.Tusi adına məktəbdə,  2006-2014cü ildə Gəncə şəhərində 28 saylı orta məktəbdə təhsil almış, 2014-2019-ci illərdə Kiyev şəhərində Европейский университет (ЕУ) adlı ali məktəbin hüqüq fakültəsini bitirmişdi. Subay idi.

Ceyhun İsmayılov 2019–2020-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Tovuz rayonunda dəfn edilib.

Обсуждение закрыто.