Daily Archives: 25.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD ELŞƏN OĞLU MƏMMƏDOV

Стандартный

Murad Elşən oğlu Məmmədov (25 sentyabr 1996BakıAzərbaycan — 15 oktyabr 2020Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Murad Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub.[1] 2002–2013-cü illərdə 272 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə isə Ərciyəs Universitetində «Rus dili və ədəbiyyat» üzrə ali təhsil alıb. Təhsildə fərqləndəyi üçün təhsilinin bir ilini Bolqarıstanın Sofiya şəhərində davam edib.

Murad Məmmədov 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 20-də təlimlərə yollanıb.

 Murad Elşən oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 15-də Hadrut döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN ZÜLFÜQAR QUBATOV

Стандартный

Zülfüqar İsmi oğlu Qubadov (25 sentyabr 1975DilmanAğsu rayonu – 13 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Zülfüqar Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman кəndində anadan olub.[1] Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman кənd tam orta məкtəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məкtəbinə (BABKM) ali hərbi təhsil alıb.

Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyyata buraxılıb.

 Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edərək. oktyabrın 13-dəhəlak olub. Ağsu rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN İSMAYILOV

Стандартный

Ceyhun İqbal oğlu İsmayılov (25 sentyabr 1996; Tovuz rayonuAzərbaycan — 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ceyhun İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz rayonunda anadan olub. 2003–2006-cü illərdə Tovuz şəhərində N.Tusi adına məktəbdə,  2006-2014cü ildə Gəncə şəhərində 28 saylı orta məktəbdə təhsil almış, 2014-2019-ci illərdə Kiyev şəhərində Европейский университет (ЕУ) adlı ali məktəbin hüqüq fakültəsini bitirmişdi. Subay idi.

Ceyhun İsmayılov 2019–2020-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Tovuz rayonunda dəfn edilib.