VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELŞƏN PİRİYEV

Стандартный

Elşən Şəfalət oğlu Piriyev (24 sentyabr 1989Ağstafa rayonuAzərbaycan SSR — 2 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Elşən Piriyev 1989-cu il sentyabrın 24-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1996-2007-ci illərdə R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.

Elşən Piriyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Kiçik çavuş Elşən Piriyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və   oktyabrın 2-də həlak olub. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn edilib.

Обсуждение закрыто.