VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAHANGİR QURBANOV

Стандартный

Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994BorsunluGoranboy rayonu – 27 sentyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu.

Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub.

Cahangir Qurbanov 2011-ci ildə Goranboy Rayon Borsunlu kənd orta məktəbini bitirmişdir.

Subay idi.

Əmiləri Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər.

2012-ci ildə müddətli hərbi xidmətə yollanıb. 2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.

 Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə iştirak edib və elə birinci gün həlak olub.

Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.