VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞAMALI AĞAYEV

Стандартный

Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996Masallı rayonuAzərbaycan — 19 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub.[1] 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzul uğrunda gedən döyüşlərdə iştirak edib. Ağamalı Ağayev oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsindən həlak olub. Masallı rayonunda dəfn edilib.

Обсуждение закрыто.