Daily Archives: 23.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAHANGİR QURBANOV

Стандартный

Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994BorsunluGoranboy rayonu – 27 sentyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu.

Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub.

Cahangir Qurbanov 2011-ci ildə Goranboy Rayon Borsunlu kənd orta məktəbini bitirmişdir.

Subay idi.

Əmiləri Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər.

2012-ci ildə müddətli hərbi xidmətə yollanıb. 2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.

 Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə iştirak edib və elə birinci gün həlak olub.

Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PODPOLKOVNİK RƏŞAD QULİYEV

Стандартный

Rəşad Rəşid oğlu Quliyev (23 sentyabr 1983Xətai rayonuAzərbaycan SSR — 7 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub.[1][2] Əslən Quba rayonundan idi. 1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qaldı.

Rəşad Quliyev ali hərbi təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edirdi. O, 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin CəbrayılFüzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edib.

 Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayıl  uğrunda gedən döyüşlərdə iştirak edib.  Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN İBRAHİMOV

Стандартный

Elçin Rövşən oğlu İbrahimov (23 sentyabr 1995; Ağstafa rayonuAzərbaycan — 14 noyabr 2020; Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elçin İbrahimov 1995-ci il sentyabrın 23-də Ağstafa rayonunda anadan olub.

Elçin İbrahimov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Elçin İbrahimov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq iştirak etdiyi Şuşa  uğrunda gedən döyüşlərdə  həlak olub.  Ağstafa Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞAMALI AĞAYEV

Стандартный

Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996Masallı rayonuAzərbaycan — 19 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub.[1] 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzul uğrunda gedən döyüşlərdə iştirak edib. Ağamalı Ağayev oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsindən həlak olub. Masallı rayonunda dəfn edilib.