Daily Archives: 22.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SÜLEYMAN ALLAHVERDİYEV

Стандартный

Süleyman Etibar oğlu Allahverdiyev (azərb. Allahverdiyev Süleyman Etibar oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Süleyman Allahverdiyev 22 sentyabr 1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir.

2002 ci ilde Bərdə rayonunda yerləşən Ağdam 67 saylı köçkün məktəbinə daxil olub. 2014-cu ildə orta məktəbi bitirib. Hərbi xidmətə yola düşüb. Aprel döyüşlərində iştirak edib.

Subay idi.

 Süleyman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSMAYIL MUSTAFAYEV

Стандартный

İsmayıl Elmar oğlu Mustafayev (22 sentyabr 1996GəncəAzərbaycan — 8 noyabr 2020XankəndiAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İsmayıl Mustafayev 22 sentyabr 1996-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2012-ci ildə 43 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 20122015-ci illərdə 2 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində) təhsili almışdır.

İsmayıl Mustafayev 2015-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İsmayıl Mustafayev yenidən hərbi xidmətə çağrılmışdır.

 İsmayıl Mustafayev 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  snayper olaraq  FüzulininCəbrayılın və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xankəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmu, 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN XƏLİLOV

Стандартный

 

 

Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001PadarqışlaqAğsu rayonu – 28 sentyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur.

Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur.