VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN CƏFƏROV

Стандартный

Elməddin Hümbət oğlu Cəfərov (21 sentyabr 1987ŞorabadXızı rayonu – 8 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2-ci Qarabağ müharibəsinin şəhidi.

Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.

2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış, 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq «Gizir» hərbi rütbəsi alıb  xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 

Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında təhlükəsiz əraziyə çıxarmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov aldığı qəlpə yaralarından həlk olub.

vikipediya (ixtisarla)

Обсуждение закрыто.