Daily Archives: 21.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLR: İNTİQAM ABBASOV

Стандартный

İntiqam Yavər oğlu Abbasov (21 sentyabr 1978Masallı rayonuAzərbaycan SSR — 29 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulİ uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Füzuli döyüşləri zamanı həlak olub. Masallı rayonunun Köcəkli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL SALAMOV

Стандартный

Vüsal Salamov(21 sentyabr 1993BuzovnaXəzər rayonuAzərbaycan — 18 oktyabr 2020SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri

Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Ə.Əliyev adına 125 №li tam orta məktəbdə alıb. Eyni zamanda 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində məşğul olub. Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində həlak olub.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN CƏFƏROV

Стандартный

Elməddin Hümbət oğlu Cəfərov (21 sentyabr 1987ŞorabadXızı rayonu – 8 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2-ci Qarabağ müharibəsinin şəhidi.

Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.

2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış, 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq «Gizir» hərbi rütbəsi alıb  xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 

Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında təhlükəsiz əraziyə çıxarmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov aldığı qəlpə yaralarından həlk olub.

vikipediya (ixtisarla)