VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XALİQ HÜSEYNOV

Стандартный

Xaliq Kamil oğlu Hüseynov (20 sentyabr 2001Nardaran – 16 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində doğulub. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb.

Xaliq 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Vəzifəcə baş atıcı olmuşdur.

Hüseynov Xaliq 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

Əsgər Hüseynov Xaliq 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində həlak olmuşdur. Onun nəşi ertəsi gün — 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilmiş, ailəsi ilə vida mərasimindən sonra  dəfn edilmişdir.

Обсуждение закрыто.