VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FARİZ RƏHİMOV

Стандартный

Fariz Rəhimov (tam adı: Fariz Zahir oğlu Rəhimov20 sentyabr 2001QəbələAzərbaycan — noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov  Əmirvan kənd orta məktəbində  9-cu sinfi bitirdikdən sonra Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.

 Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, LaçınŞuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Обсуждение закрыто.