Daily Archives: 20.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT ABBASƏLİ İSMAYILOV

Стандартный

Abbasəli İmamqulu oğlu İsmayılov (20 sentyabr 1995QahabBabək rayonuAzərbaycan – 22 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Abbasəli İsmayılov 1995-ci il sentyabrın 20-də Babək rayonunun Qahab kəndində anadan olub.

Baş leytenant  Abbasəli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı həlak olub. Babək rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FARİZ RƏHİMOV

Стандартный

Fariz Rəhimov (tam adı: Fariz Zahir oğlu Rəhimov20 sentyabr 2001QəbələAzərbaycan — noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Milliyyətcə ləzgi olan Fariz Rəhimov  Əmirvan kənd orta məktəbində  9-cu sinfi bitirdikdən sonra Bakı şəhər 12 saylı Bakı Peşə Liseyinə qəbul olub və 2017-ci ildə həmin təhsil müəssisəsindən Geniş Profilli Dəzgahçı dərəcəsi ilə məzun olub.

 Fariz Rəhimov 2019-cu ilin payız çağırışında hərbi xidmətə çağrılıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, LaçınŞuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XALİQ HÜSEYNOV

Стандартный

Xaliq Kamil oğlu Hüseynov (20 sentyabr 2001Nardaran – 16 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində doğulub. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləməyə başlayıb.

Xaliq 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Vəzifəcə baş atıcı olmuşdur.

Hüseynov Xaliq 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

Əsgər Hüseynov Xaliq 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində həlak olmuşdur. Onun nəşi ertəsi gün — 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilmiş, ailəsi ilə vida mərasimindən sonra  dəfn edilmişdir.