Daily Archives: 19.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD MÖVSÜMOV

Стандартный

Fərid Mövsümov (tam adı: Fərid Zakir oğlu Mövsümov; 19 sentyabr 1987GöyçayAzərbaycan — 30 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Fərid Mövsümov 1987-ci il sentyabr 19-da Göyçay şəhərində anadan olub.

Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Fərid Mövsümov oktyabrın 30-da həlak olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMAR NƏSİBOV

Стандартный

Elmar Şirzad oğlu Nəsibov (19 sentyabr 1987SumqayıtAzərbaycan SSR — 12 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Elmar Nəsibov 1987-ci il sentyabrın 19-da Sumqayıt şəhərində anadan olub.

 Elmar Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib.  Oktyabrın 12-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SADİQ ZEYNALOV

Стандартный

Sadiq Kamal oğlu Zeynalov (19 sentyabr 1998Astara rayonuAzərbaycan — 25 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Sadiq Zeynalov 1998-ci il sentyabrın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.

Sadiq Zeynalov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Sadiq Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sadiq Zeynalov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSLAM ƏHMƏOV

Стандартный

İslam Əhmədov (tam adı: İslam İlqar oğlu Əhmədov; 19 sentyabr 1994MingəçevirAzərbaycan — 27 sentyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

İslam Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub.  Subay idi. Qardaşı Əli Əhmədovda Vətən müharibəsində şəhid olub.

 İslam Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub.