VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARAZ BAXŞƏLİYEV

Стандартный

Araz Yavər oğlu Baxşəliyev (18 sentyabr 1993HoradizAzərbaycan — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Araz Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz şəhərində anadan olub.  1999-2010-cu illərdə M. Səfərov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

Araz Baxşəliyev 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Minaatıcı Taborda Bölüyün Komandiri vəzifəsində xidmət edirdi.

 Araz Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ssentyabrın 28-də Füzuli döyüşləri zamanı Aşağı Seyidəhmədli istiqamətində həlak olub. Horadiz şəhərində dəfn edilib.

Обсуждение закрыто.