Daily Archives: 18.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMİN NURƏHMƏDOV

Стандартный

Ramin Nurəhmədov (tam adı: Ramin Maarif oğlu Nurəhmədov; 18 sentyabr 1990QusarAzərbaycan — 2 noyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Ramin Nurəhmədov 1990-cı il sentyabrın 18-də Qusar rayonunun Nəcəfkənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi.

 Ramin Nurəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Ramin Nurəhmədov noyabrın 2-də həlak olub. Qusar rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD ƏMƏNOV

Стандартный

Məhəmməd İltizam oğlu Əmənov (18 sentyabr 1996Biləsuvar rayonuAzərbaycan — 20 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Məhəmməd Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.

 Məhəmməd Əmənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Ağdərə istiqamətində həlak olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARAZ BAXŞƏLİYEV

Стандартный

Araz Yavər oğlu Baxşəliyev (18 sentyabr 1993HoradizAzərbaycan — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Araz Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz şəhərində anadan olub.  1999-2010-cu illərdə M. Səfərov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

Araz Baxşəliyev 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Minaatıcı Taborda Bölüyün Komandiri vəzifəsində xidmət edirdi.

 Araz Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ssentyabrın 28-də Füzuli döyüşləri zamanı Aşağı Seyidəhmədli istiqamətində həlak olub. Horadiz şəhərində dəfn edilib.