Daily Archives: 17.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN MÖVSÜMZADƏ

Стандартный

Orxan Səfiyar oğlu Mönsümzadə (17 sentyabr 1993Ağdam rayonuAzərbaycan — 28 sentyabr 2020Ağdam rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Orxan Mönsümzadə 1993-cü il sentyabrın 17-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub. Əslən Kəlbəcər rayonundan idi.

 Topçu Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Sentyabrın 28-də Ağdam istiqamətində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASİM ASƏF OĞLU ƏLİYEV

Стандартный

Asim Asəf oğlu Əliyev (17 sentyabr 1998ƏsədliSabirabad rayonu – 14 oktyabr 2020Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Asim Əliyev 1998-ci il sentyabr 17-də Sabirabad rayonunun Əsədli kəndində anadan olub.

 Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 14-də həlak olub. Sabirabad rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELGÜN QULİYEV

Стандартный

Elgün Vasif oğlu Quliyev (17 sentyabr 1992GöylərŞamaxıAzərbaycan — 9 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elgün Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərində orta məktəb təhsilini davam etdirib. 

2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 20102014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Tarix müəllimliyi” ixtisasına yiyələnib.

2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olub.

Elgün Quliyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

 Elgün Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLKİN AĞAKİŞİYEV

Стандартный

İlkin Elxan oğlu Ağakişiyev (17 sentyabr 1995MingəçevirAzərbaycan — 8 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İlkin Ağakişiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan İlkin Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İlkin Ağakişiyev oktyabrın 8-də Ağdərə istiqamətində həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZÖHRAB ABBASOV

Стандартный

Zöhrab Natiq oğlu Abbasov (17 sentyabr 2001EynallıAğstafa rayonu — 13 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində anadan olub.  2007 – 2018-ci illərdə X. İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Zöhrab Abbasov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zöhrab Abbasov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn edilib.