Daily Archives: 16.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KƏNAN HƏSƏNOV

Стандартный

Kənan Elşad oğlu Həsənov (16 sentyabr 1997QaraçalaSalyan rayonuAzərbaycan — 10 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kənan Həsənov 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Subay idi.

Kənan Həsənov ali təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİND HƏLAK OLANLAR: CAVAD HÜSEYNOV

Стандартный

Cavad Hüseynov (Cavad Cavid oğlu Hüseynov; 16 sentyabr 1998, ÇayrudLerik rayonu – 17 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cavad Hüseynov 1998-ci il 16 sentyabr Lerik rayonunun Çayrud kəndində anadan olub. 2016–2019-cu illərdə Lənkəran Dövlət Universitetində «Biznesin idarə edilməsi» fakültəsində oxuyub. Subay idi.

Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissəyə yola salınıb. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində iştirak edib. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə həlak olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN RZAYEV

Стандартный

Ceyhun İsmayıl oğlu Rzayev (16 sentyabr 1994BərdəAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Ceyhun Rzayev 1994-cü il sentyabrın 16-da Bərdə şəhərində anadan olub. Əslən Laçın rayonundan idi. Ailədə 2 uşaq olublar, 1 bacı, 1 qardaş.

 Ceyhun Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub. Bərdə şəhərində dəfn edilib.