Daily Archives: 15.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR HƏSƏNOV

Стандартный

Elnur Elman oğlu Həsənov (15 sentyabr 1992Ağstafa – 8 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elnur Həsənov 1992-ci il sentyabrın 15-da Ağstafa şəhərində anadan olmuşdur. 1999-2010-cu illərdə Ağstafa şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Elnur Həsənov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Həmin illərdə kiçik çavuş, manqa komandiri kimi fəaliyyət göstərib.

 Elnur Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzulininXocavəndinLaçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN ƏLİYEV

Стандартный

Hüseyn Sahib oğlu Əliyev (15 sentyabr 2000; Əsrik CırdaxanTovuz rayonu — 3 oktyabr 2020; Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseyn Əliyev 2000-ci il sentyabrın 15-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 2006–2017-ci illərdə M. Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hüseyn Əliyev 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseyn Əliyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı həlak olub. Nəşi uzun müddət tapıla bilməyib. 2021-ci il yanvarın 14-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn olunub.

 

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: QABİL ORUCƏLİYEV

Стандартный

Qabil Əbdüləli oğlu Orucəliyev (15 sentyabr 1991Naxçıvan – 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı).

Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 martda oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev).

Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı həlak oldu.

Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı.