Babək Saleh oğlu Həsənov (14 sentyabr 1990; Birinci Şıxlı, Qazax rayonu — 4 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Babək Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub.
1996-2007-ci illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.
Babək Həsənov 2008-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
2013-2018-ci illərdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olub.
Babək Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Laçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Babək Həsənov noyabrın 4-də Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.