Daily Archives: 14.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İMAN MƏMMƏDZADƏ

Стандартный

İman Məmmədzadə (tam adı: İman Elman oğlu Məmmədzadə; 14 sentyabr 1998Azərbaycan — 1 noyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İman Məmmədzadə 1998-ci il sentyabrın 13-də Lerik rayonun Kəlvəz kəndində anadan olub.  Subay idi. Qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub.

 İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN RƏŞAD ABDULLAYEV

Стандартный

Rəşad Arif oğlu Abdullayev (14 sentyabr 1988Cəlilabad rayonuAzərbaycan — 29 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı,  Vətən Müharibəsi Qəhrəmanı.

Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib) şəhərində doğulub.  2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə liseyi bitirən Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində ali hərbi təhsil alıb. 2010-cu ildə məktəbi «motoatıcı» ixtisası üzrə bitirib.

Rəşad Abdullayev 8 sentyabr 2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Rüqəyya adlı qızı və Məmmədağa adlı oğlu yadigar qaldı.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Rəşad Abdullayev «N» saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə iştirak etmişdir. 

2014-2015-2017-2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.

vikipediya(ixtisarla)

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BABƏK HƏSƏNOV

Стандартный

Babək Saleh oğlu Həsənov (14 sentyabr 1990Birinci ŞıxlıQazax rayonu — 4 noyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Babək Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub.

1996-2007-ci illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Babək Həsənov 2008-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində  xidmət edib.

2013-2018-ci illərdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olub.

 Babək Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılLaçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Babək Həsənov noyabrın 4-də Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.