Daily Archives: 13.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD ZEYNİYEV

Стандартный

Rəşad Zeyniyev (Zeyniyev Rəşad Ələkbər oğlu; 13 sentyabr 2001 — 8 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladın kiçiyi idi.

2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şücayət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı mərmi partlayışından həlak olub. Doğulub boya-başa çatdığı Cəlilabaddda  dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SİYAHİM DƏMİROV

Стандартный

Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990Beyləqan rayonuAzərbaycan SSR — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.[1] 1997-2008-ci illərdə R. Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb.

Siyahim Dəmirov 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınHadrut qəsəbəsininFüzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində həlak olub.Beyləqan şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN KƏRİMOV

Стандартный

Elvin Mürşüd oğlu Kərimov (13 sentyabr 1985Biləsuvar rayonuAzərbaycan SSR — 10 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Elvin Kərimov 1985-ci il sentyabrın 13-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Üç qızı yadigar qaldı.

Kiçik çavuş  Elvin Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Kərimov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı həlak olub. Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.