Daily Archives: 12.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KƏNAN RZAYEV

Стандартный

Kənan Əbdürrəhman oğlu Rzayev (12 sentyabr 1995QızılcaCulfa rayonuAzərbaycan — 21 oktyabr 2020TuğXocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kənan Rzayev 12 sentyabr 1995-ci ildə Culfa rayonunun Qızılca kəndində anadan olmuşdur.

 Kənan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı-istehkamçı olaraq  Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Kənan Rzayev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Culfa rayonunun Qızılca kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏXAVƏT MƏMMƏDOV

Стандартный

Səxavət Vahab oğlu Məmmədov (12 sentyabr 1996PaşabəyliAğdam rayonuAzərbaycan — 9 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Səxavət Məmmədov 12 sentyabr 1996-cı ildə Ağdam rayonunun Paşabəyli kəndində anadan olmuşdur.

Səxavət Məmmədov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. SuqovuşanınFüzulininQubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səxavət Məmmədov 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR ƏKBROV

Стандартный

Vüqar Seyid oğlu Əkbərov (12 sentyabr 1990Tovuz rayonuAzərbaycan SSR — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Vüqar Əkbərov 1990-cı il sentyabrın 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Ailəli idi.

Vüqar Əkbərov 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Baş çavuşu olan Vüqar Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininZəngilanınQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüqar Əkbərov noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak  olub. Tovuz rayonunda dəfn edilib.