Daily Archives: 11.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏBRAYIL DÖLƏTZADƏ

Стандартный

Cəbrayıl Dövlət oğlu Dövlətzadə (11 sentyabr 2001CoratSumqayıt – 28 sentyabr 2020Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Subay idi.

Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

 Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.  Sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN ELMƏDDİN MEYDANOV

Стандартный

Elməddin Bahaddin oğlu Meydanov (11 sentyabr 1989VərməziyarNaxçıvan MSSR – 27 oktyabr 2020Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı.

Elməddin Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub.[1] 1997-2004-cü illərdə Vərməziyar kənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə MTN-in Heydər Əliyev adına Akademiyasında «Sərhəd Qoşunları» fakültəsində ali hərbi təhsil alıb.

 

Elməddin Meydanov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarıında xidmət edirdi.

Kapitan olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Meydanov oktyabrın 27-də Zəngilan döyüşləri zamanı həlak olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KƏNAN QULİYEV

Стандартный

Kənan Vaqif oğlu Quliyev (11 sentyabr 1992Culfa şəhəri – 26 oktyabr 2020Qubadlı ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir.

Məktəbi bitirdikdən sonra 2010-cu il oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və 2012-ci il aprel ayında hərbi xidmətini başa vurmuşdur. Daha sonra isə 4 oktyabr 2019-cu ildə  ordu sıralarında XTQ hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.  Kənan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə  iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə  qəhrəmancasına həlak olmuşdur. Culfa şəhərində dəfn edilmişdir.