VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAİQ KƏLBİYEV

Стандартный

 

Şaiq Namiq oğlu Kəlbiyev (10 sentyabr 1994Sahil – 15 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub.  2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.

Şaiq Kəlbiyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin və Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlər]]də iştirak edib. Şaiq Kəlbiyev oktyabrın 15-də Suqovuşan-Ağdərə istiqamətində baş verən qızğın döyüş zamanı həlak olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn edilib.

Обсуждение закрыто.