Daily Archives: 10.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞACAN RƏSULOV

Стандартный

Ağacan Əfsər oğlu Rəsulov (10 sentyabr 1997XəlfəliSabirabad rayonu — 8 noyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ağacan Rəsulov 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub.

 Ağacan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Ağacan Rəsulov noyabrın 8-də həlak olub. Sabirabad rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BUSAT QURBANOV

Стандартный

Busat Əfsər oğlu Qurbanov (10 sentyabr 2000Aşağı KürdmahmudluFüzuli rayonuAzərbaycan — 10 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Busat Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tuşlayıcı olaraq  Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAİQ KƏLBİYEV

Стандартный

 

Şaiq Namiq oğlu Kəlbiyev (10 sentyabr 1994Sahil – 15 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub.  2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.

Şaiq Kəlbiyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib.

Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin və Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlər]]də iştirak edib. Şaiq Kəlbiyev oktyabrın 15-də Suqovuşan-Ağdərə istiqamətində baş verən qızğın döyüş zamanı həlak olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn edilib.