Daily Archives: 09.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İZZƏT HÜMMƏTOV

Стандартный

İzzət Müşfiq oğlu Hümmətov (9 sentyabr 1996Şabran rayonuAzərbaycan — 12 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İzzət Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İzzət Hümmətov oktyabrın 12-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏILAK OLANLAR: PODPOLKOVNİK HƏMDƏM AĞAYEV

Стандартный

Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975Ağdərə rayonuAzərbaycan SSR — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.

Həmdəm Ağayev 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.

Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində «leytenant» hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə «Baş leytenant», 2004-cü ildə «Kapitan», 2006-cı ildə «Mayor», 2012-ci ildə isə «Polkovnik-leytenant» hərbi rütbəsi aldı.

 Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən «N» saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində,  2018-ci ildən 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı HƏLAK olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AŞURƏLİ ZƏRBƏLİYEV

Стандартный

Aşurəli Zərbəliyev (tam adı: Aşurəli Səfərəli oğlu Zərbəliyev; 9 sentyabr 1999QusarAzərbaycan — 10 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Aşurəli Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Aşurəli Zərbəliyev oktyabrın 10-da həlak olub. Qusar rayonunda dəfn edilib.