Daily Archives: 08.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XUDUŞ KAZIMOV

Стандартный

Xuduş Həsən oğlu Kazımov (8 sentyabr 1988MoskvaRusiya SFSR — 2 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xuduş Kazımov 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə,  2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb. Ailəli idi. 5 yaşlı Fatma adlı qızı və 2 yaşlı Əbdülkərim adlı oğlu yadigar qaldı.

Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə «N» saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı həlak olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏIAK OLANLAR: İLHAM HÜSEYNOV

Стандартный

İlham Hüseynov (tam adı: İlham Ümid oğlu Hüseynov; 8 sentyabr 2000QarayazıGöyçay rayonuAzərbaycan — 19 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İlham Hüseynov 2000-ci il sentyabr 8-də Göyçay rayonunun Qarayazı kəndində anadan olub.

 İlham Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 19-da həlak olub. Göyçay rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EYNULLA LƏTİFOV

Стандартный

Eynulla Niyətulla oğlu Lətifov (8 sentyabr 2001İkinci NügədiQuba rayonu – 20 oktyabr 2020Xocavənd)

Lətifov Eynulla Niyətulla oğlu — 8 sentyabr 2001-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. Uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük müharibədə Füzuli və Cəbrayıl rayonlarındakı döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub.