Daily Archives: 07.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EMİL KƏRİMOV

Стандартный

Emil İlqar oğlu Kərimov (7 sentyabr 1993İkinci ŞıxlıQazax rayonu — 25 oktyabr 2020FüzuliAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Emil Kərimov 1993-cü il sentyabrın 7-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub.

2000-2011-ci illərdə V.Musayev adına İkinci Şıxlı tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Emil Kərimov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

 Emil Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN PƏNAHOV

Стандартный

Elməddin Məqsəd oğlu Pənahov (7 sentyabr 1983Qazax rayonuAzərbaycan SSR — 13 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Elməddin Pənahov 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1990-1999-cu illərdə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı.

Elməddin Pənahov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Elməddin Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Pənahov oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSLAN QURBANOV

Стандартный

Ruslan Üzeyir oğlu Qurbanov (7 sentyabr 1991Biləsuvar rayonuAzərbaycan SSR — 28 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Ruslan Qurbanov 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Ailəli idi. 2021-ci il yanvarın 8-də oğlu dünyaya gəldi, oğluna Ruslan adı verildi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ruslan Qurbanov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı həlak olub. O, 2 oktyabr 2020-ci ildə Biləsuvar rayonunun Ağalıkənd qəbiristanlığında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASİM ƏLİYEV

Стандартный

Asim Nuru oğlu Əliyev (7 sentyabr 1999; Düz QırıqlıTovuz rayonu — 25 oktyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Asim Əliyev 1999-cu il sentyabrın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.[1] 2006–2017-cı illərdə Düz Qırıqlı kənd tam orta məktəbində, 2017–2018-ci illərdə Azəbaycan Texnologiya Universitetində «Marketinq» ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini dayandırıb. Subay idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Əliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn edilib.