Daily Archives: 06.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELYAR MİRZƏYEV

Стандартный

Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984Bahar — 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər.

Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində doğulub. 2001-ci ildə orta məktəbi bitirib.  Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının «Bakılı» futbol klubunda çıxış edib. 

Elyar ailəli idi, 2 övladı var, oğlu Əşrəf 2005-ci ilin iyulun 21-də, futbolçu olub atasının yolunu davam etdirmək istəyən qızı Xanım isə 2006-cı ilin noyabrın 3-də anadan olub.

2002-ci ilin oktyabrın 10-da Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. Sonradan 2016-cı ildə isə ailə üzvlərinə xəbər vermədən sənədlərini «Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı» kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissənin «Həmlə» taborunda pulemyotçu kimi xidmətə başlayıb. 

2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır.  Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsindən həlak olur.  Elyar oktyabrın 16-da Bahar qəsəbəsində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN HÜSEYNOV

Стандартный

Elçin Zamin oğlu Hüseynov (6 sentyabr 1992Bakı – 2 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu.

Elçin Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub.  Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbində başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirib. Evin ilk oğlu idi. Subay idi.

2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb.  Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində yaralanmış və «Mübariz» postundan digər posta adlayarkən qəhrəmancasına həlak olmuşdur.

17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD İBRAHİMOV

Стандартный

VƏTN

Murad Valeh oğlu İbrahimov (6 sentyabr 1993GəncəAzərbaycan — 2 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Murad İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olmuşdur. 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 20082009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır.

Ailəli idi, Əli adlı bir oğlu var idi. Murad İbrahimovun qardaşı da hərbçidir.

2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

Murad İbrahimov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.  O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Murad İbrahimov 2020-ci il oktyabrın 1-dən 2-nə keçən gecə Murov dağından Ağdərə istiqamətinə yollanmış, həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Nəşi şəhid olmasından 111 gün sonra aşkar edilmiş və 23 yanvar 2021-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.