Daily Archives: 05.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYŞAD ƏZİZOV

Стандартный

Ayşad Qaryağdı oğlu Əzizov[1] (5 sentyabr 1990ƏskiparaMirbəşir rayonu – 27 sentyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri.

Ayşad Əzizov 5 sentyabr 1990-ci il tarixində Azərbaycanın Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həyat yoldaşı Naibə ilə Yusif və Hüseyn adlı uşaqları var idi.

Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Həmin gün Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İMAMƏDDİN HÜMBƏTOV

Стандартный

İmaməddin Muxtar oğlu Hümbətov (5 sentyabr 1998PayızBabək rayonuAzərbaycan — 20 oktyabr 2020AzıxXocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Babək rayonunun Payız kəndində anadan olmuşdur.

 İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməddin Hümbətov 20 oktyabr 2020-ci ildə içində Azıx mağarasının da yerləşdiyi Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.