Daily Archives: 04.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAKOLANLAR: ƏHMƏD AMANOV

Стандартный

Əhməd Tahir oğlu Amanov (4 sentyabr 1994SalahlıYevlax rayonu – 28 sentyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub.[1] 20002001-ci tədris ilində Salahlı kənd B.Alıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub. Anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, Əhməd 2009-cu ildə 9-cu sinifdə olarkən təhsilini dayandırmışdır.

Ailəli idi. 1 yaşında olan Tahir adlı bir oğlu yadigar qaldı.

1 oktyabr 2012-ci ildə Horadiz şəhərində kəşfiyyatçı çavuş olaraq xidmət etmişdir. 2014-cü ildə xidmətini başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş Mühafizə Dəstəsində (HMD) işləmişdir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Əhməd Gəncədə yerləşən «N» saylı hərbi hissədə tankçı, baş mexanik, sürücü olaraq xidmət etmişdir. Sonra isə Mingəçevirdə yerləşən «N» saylı hərbi hissədə xidmət etmişdir. 

 Əhməd Amanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir. 28 sentyabr 2020-ci ildə qarşı tərəfin intensiv atəşi səbəbilə tankının yanması nəticəsində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD MƏMMƏDOV

Стандартный

Rəşad Fərəməz oğlu Məmmədov (4 sentyabr 1989GəncəAzərbaycan — 8 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur.  2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbdən məzun olmuşdur. 2010-cı ildə Gəncə Dövlət Universitetini «tarix» ixtisası ilə bitirmişdir. 2013-cü ildə Gədəbəy rayon Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. 2020-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsində təhsil almağa başlamışdır.

Rəşad Məmmədov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rəşad Məmmədov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

 Rəşad Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Hadrutun, XocavəndinFüzulininQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XUDAYƏT ORUCOV

Стандартный

Xudayət Vilayət oğlu Orucov (4 sentyabr 1987Ağstafa rayonuAzərbaycan SSR — 4 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.

Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınQubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn edilib.