VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XANSU QURBANOV

Стандартный

Xansu Elsevər oğlu Qurbanov (23 sentyabr 2000Naxçıvan – 9 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. 2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Xansu Qurbanov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nnoyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub. Naxçıvan şəhərində dəfn edilib.

Обсуждение закрыто.