VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PODPOLKOVNİK RƏŞAD QULİYEV

Стандартный

Rəşad Rəşid oğlu Quliyev (23 sentyabr 1983Xətai rayonuAzərbaycan SSR — 7 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub.  Əslən Quba rayonundan idi. 1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb.  2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qaldı.

Rəşad Quliyev ali hərbi təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edirdi.

Rəşad Quliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin CəbrayılFüzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edib.

 Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı həlak olub.

Обсуждение закрыто.