VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞİRXAN QULİYEV

Стандартный

Şirxan İsmixan oğlu Quliyev (2 sentyabr 1995Xocavənd rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Şirxan Quliyev 1995-ci il sentyabrın 2-də Xocavənd rayonunda anadan olub.

Şirxan Quliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şirxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şirxan Quliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.

Обсуждение закрыто.