Daily Archives: 02.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞİRXAN QULİYEV

Стандартный

Şirxan İsmixan oğlu Quliyev (2 sentyabr 1995Xocavənd rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Şirxan Quliyev 1995-ci il sentyabrın 2-də Xocavənd rayonunda anadan olub.

Şirxan Quliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şirxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şirxan Quliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NATİQ RƏŞİDOV

Стандартный

Natiq Rəşidov (azərb. Natiq Məmmədrza oğlu Rəşidov‎; d. 2 sentyabr 1991, Dədə QorqudSaatlı — ö. 20 oktyabr 2020Hadrut

Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır.

Ailəli idi, iki övladı yadigar qalıb.

21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə, Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra həlak olduğu bilinmiş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.