Daily Archives: 01.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: POLKOVNİK ZAUR NUDİRƏLİYEV

Стандартный

Zaur İsmayıl oğlu Nudirəliyev (1 sentyabr 1978BakıAzərbaycan SSR — 4 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, USTA dərəcəli pilot, «Su-25» hücum təyyarəsinin pilotu,  Vətən Müharibəsi Qəhrəmanı.

Zaur Nudirəliyev 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir.[2] 1995-ci ildə oradan məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuşdur və 2000-ci ildə oranı «Təyyarəçi» ixtisası üzrə bitirmişdir.

Zaur Nudirəliyev 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.

Zaur Nudirəliyev Nazilə Əliyeva ilə ailəli idi. Pəri adında qızı və Ömər adında oğlu yadigar qalmışdır.

Sentyabrın 27-də başlanan Vətən müharibəsində «Su-25» hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırmışdır. Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin «Su-25» hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırmışdır. CəbrayılFüzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi «Su-25» hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SADİQ FEYZİYEV

Стандартный

Feyziyev Sadiq Tahir oğlu (1 sentyabr 1993ZevinYardımlı rayonu – 29 sentyabr 2020Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Feyziyev Sadiq Tahir oğlu 01 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Şəhid Feyziyev Sadiq 2013-cü ildə hərbi xidmətə gizir(feldşer) kimi başlamışdır.Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur.Vətən Müharibəsində iştirak etmişdir və 29 sentyabrda Ağdərə istiqamətində şəhid olmuşdur.18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞAYUSİF ƏLİYEV

Стандартный

Ağayusif Mübariz oğlu Əliyev (1 sentyabr 1992BağbanUcar rayonu – 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açmışdır.[1] Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Xocavənd döyüşlərində vuruşmuşdur. Ağayusif Əliyev Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə  həlak olmuşdur.