Roman Sərkər oğlu Pənahov (31 avqust 1995, Yenilik, Ağsu rayonu – 4 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Roman Pənahov 31 avqust 1995-ci ildə Ağsu rayonunun Yenilik kəndində dünyaya göz açmışdır.[1] Milliyyətcə ləzgi idi. İlk təhsilini 2001-ci ildə C.Xıdırov adına Ağsu rayonu Yenilik kənd tam orta məktəbində alan Roman 2011-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Həmin il sənədlərini Şamaxı Sənaye-İqtisad kollecinə verərək ora daxil olmuşdur. Təhsil müddətini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra doğulduğu kəndə qayıdıb burada təsərrüfat işləri ilə məşğul olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.