Daily Archives: 31.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ROMAN PƏNAHOV

Стандартный

Roman Sərkər oğlu Pənahov (31 avqust 1995YenilikAğsu rayonu – 4 noyabr 2020DaşaltıŞuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Roman Pənahov 31 avqust 1995-ci ildə Ağsu rayonunun Yenilik kəndində dünyaya göz açmışdır.[1] Milliyyətcə ləzgi idi. İlk təhsilini 2001-ci ildə C.Xıdırov adına Ağsu rayonu Yenilik kənd tam orta məktəbində alan Roman 2011-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Həmin il sənədlərini Şamaxı Sənaye-İqtisad kollecinə verərək ora daxil olmuşdur. Təhsil müddətini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra doğulduğu kəndə qayıdıb burada təsərrüfat işləri ilə məşğul olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Roman Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. FüzulininCəbrayılınQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Roman Pənahov 4 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində həlak olmuşdur. 10 noyabr 2020-ci ildə Ağsu rayonu Yenilik kənd qəbiristanlığında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏRLAN MƏMMƏDOV

Стандартный

Tərlan Müşfiq oğlu Məmmədov (31 avqust 1996SumqayıtAzərbaycan — 8 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tərlan Məmmədov 1996-cı il avqustun 31-də Sumqayıt şəhərində anadan olub.  2003-2013-cü illərdə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə, 2013-2015-ci illərdə isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 147 nömrəli peşə məktəbində təhsil alıb. Subay idi.

Tərlan Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Gəncə şəhərində, sonra isə Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Məmmədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı həlak olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KƏRİM ƏLİYEV

Стандартный

Kərim Məhəmmədəli oğlu Əliyev (31 avqust 1998Ucar rayonuAzərbaycan — 31 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub.[1] 2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Kərim Əliyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kərim Əliyev oktyabrın 31-də Qubadlı döyüşləri zamanı həlak olub.