Daily Archives: 30.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN NİHAD BABAYEV

Стандартный

Nihad Akif oğlu Babayev (30 avqust 1991GünəşliBiləsuvar rayonu — 29 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı,  Vətən Müharibəsi Qəhrəmanı.

Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməniingilis və rus dillərini bilib.

Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev FüzuliCəbrayılQubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. 

Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə həlak olub.

vikipediya

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAMİQ BAĞIROV

Стандартный

Namiq Nurəddin oğlu Bağırov (30 avqust 1984Masallı rayonuAzərbaycan SSR — 6 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub.  1990-2001-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Namiq Bağırov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Namiq Bağırov oktyabrın 6-da Füzuli döyüşləri zamanı həlak olub. Masallı rayonunun Çaxırlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANKAR: NATİQ MƏMMƏDOV

Стандартный

Natiq Sahib oğlu Məmmədov (30 avqust 1997Aşağı CürəliBiləsuvar rayonuAzərbaycan — 30 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Natiq Məmmədov 29 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur.[1][2] Aşağı Cürəli kənd,tam orta məktəbində 2004-2015’ci illərdə orta təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Nümunəvi xidmətinə görə gizirlik məktəbinə göndərilir. Natiq Məmmədov gizir kimi yenidən hərbi xidmətini davam etdirir.Ailəli deyildi.

Sentyabr ayının 27-də Vətən müharibəsi başlananda Natiqin də olduğu hərbi dəstə ön xətdə idi. İkinci Qarabağ müharibəsi zamanı həlak olub. Natiq Məmmədov 30 oktyabr 2020-ci ildə Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT TƏHMASİB MUSTAFAYEV

Стандартный

Təhmasib Sərməst oğlu Mustafayev (30 avqust 1989CəbrayılAzərbaycan — 7 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı.

Təhmasib Mustafayev 1989-cu il avqustun 30-da Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub.[1] Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Təhmasib Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təhmasib Mustafayev noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.