VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAİM AĞAYEV

Стандартный

Naim Süleyman oğlu Ağayev (29 avqust 1998Saratov vilayətiRusiya Federasiyası — 30 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açmışdır.  Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.

Naim 2015-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2018-ci ilə qədər etdiyi hərbi xidmət müddətində təlimlərdə iştirak etmişdir.

Ordudan tərxis olunandan sonra O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağrılır.

Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Реклама

Обсуждение закрыто.