Daily Archives: 29.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİRAĞA ƏLİYEV

Стандартный

Mirağa Əliyev (tam adı: Mirağa Musa oğlu Əliyev; 29 avqust 2000XocavəndAğcabədi rayonuAzərbaycan — 29 sentyabr 2020Cəbrayıl rayonuAzərbaycan

Mirağa Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur.[1] Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə almışdır. Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil almışdır.

Mirağa Əliyev 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanmış və 2020-ci ilin 20 aprelində  tərxis olunmuşdur.

2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Mirağa da səfərbər olunan və 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşmuşdur. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alsa da, döyüşə davam etmişdirFüzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 29 sentyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq həlak olmuşdur. 30 sentyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılmışdır.

Evin tək oğlu idi.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAİM AĞAYEV

Стандартный

Naim Süleyman oğlu Ağayev (29 avqust 1998Saratov vilayətiRusiya Federasiyası — 30 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində dünyaya göz açmışdır.  Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçən Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.

Naim 2015-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2018-ci ilə qədər etdiyi hərbi xidmət müddətində təlimlərdə iştirak etmişdir.

Ordudan tərxis olunandan sonra O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağrılır.

Azərbaycan Ordusunun əsgəri olan Naim Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Naim Ağayev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAN MƏMMƏDOV

Стандартный

Turan Nadir oğlu Məmmədov (29 avqust 1993DəmirçilərQazax rayonu — 7 oktyabr 2020Tərtər rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Turan Məmmədov 1993-cü il avqustun 29-da Qazax rayonunun Dəmirçilər kəndində anadan olub.

1999-2010-cu illərdə E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb.

Turan Məmmədov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində gizir hərbi rütbəsində xidmət edirdi.

 Turan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Turan Məmmədov oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı həlak olub. Qazax rayonunun Dəmirçilər kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏZƏMİ HÜSEYNOV

Стандартный

Əzəmi Əli oğlu Hüseynov (29 avqust 1992MingəçevirAzərbaycan — 8 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Əzəmi Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində (MDU) ai təhsil alıb.

Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı həlak olub.