VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELŞƏN HƏMİDOV

Стандартный

Elşən Məzahir oğlu Həmidov (28 avqust 1979Füzuli rayonuAzərbaycan SSR — 8 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — sürücü vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin  əsgəri.

Elşən Həmidov 1979-cu il avqustun 28-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Elşən Həmidov bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) çalışıb. 2020-ci il avqustun 15-dən isə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində sürücü idi.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Elşən Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılFüzuliQubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi təyinatlı avtomobillərin sürücüsü olub. Elşən Həmidov noyabrın 8-də Xocavənd rayonu ərazisində həlak olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn edilib.

Обсуждение закрыто.