Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub.
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub.
Elşən Məzahir oğlu Həmidov (28 avqust 1979; Füzuli rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — sürücü vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elşən Həmidov 1979-cu il avqustun 28-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.
Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Elşən Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi təyinatlı avtomobillərin sürücüsü olub. Elşən Həmidov noyabrın 8-də Xocavənd rayonu ərazisində həlak olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn edilib.
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980; Boyaqlı, Kəlbəcər rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı.
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər.
Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və burada yerləşən rus dilli Levonarx kənd məktəbində 1988-ci ilə qədər təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür. Anar Əliyev təhsilini Azərbaycan dilində davam etdirmiş və 1993-cü ilə qədər burda oxumuşdur. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.
1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə, 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi «qoşun kəşfiyyatı» ixtisası ilə bitirmişdir. Həmin il Müdafiə Nazirliyinin əmrinə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul olmuşdur. 2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Anar Əliyev 12 aprel 2007-ci ildən 26 yanvar 2008-ci ilədək «N» saylı hərbi hissənin taborunun bölük komandiri, 26 yanvar 2008-ci ildən 15 iyun 2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifəsini icra etmiş, 15 iyun 2009-cu ildə xüsusi təyinatlı dəstə komandiri vəzifəsinə qədər yüksəlmişdir.
2014-cü ildə ikiillik Hərbi Akademiyanı bitirən Anar Əliyev Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl «polkovnik-leytenant» rütbəsi verilmişdir.
Для отправки комментария необходимо войти на сайт.