Daily Archives: 27.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ETİBAR ŞİRİNOV

Стандартный

Şirinov Etibar (tam adı Şirinov Etibar Fazil oğlu; 27 avqust 1993, İvanovkaİsmayıllı,Azərbaycan — 9 noyabr 2020, Zəngilan, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kəşfiyyatçısı.

Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənndə almışdır. 

Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Şirinov Fazil də Birinci Qarabağ Müharibəsinin əlilidir. Etibar Vətən Müharibəsi başlayanda könüllü olaraq Ordu sıralarına yazılır. Zəngilan ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılırHadrut FüzuliCəbrayıl və Zəngilan uğrunda döyüşlərdə  iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarəti  təşkil edərkən  həlak olmuşdur.

O, 2020-ci ilin avqust ayında ailə həyatı qurmuşdu

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XAQANİ ƏSGƏROV

Стандартный

Xaqani Səfa oğlu Əsgərov (27 avqust 1995Xaçmaz rayonuAzərbaycan — 29 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Xaqani Əsgərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub.  Ailəli idi. 2 qızı yadigar qaldı.

Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AQİL MİRZƏLİYEV

Стандартный

Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999İsmayıllı rayonu – 23 oktyabr 2020TuğXocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri.

Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 20052016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır.  2016-cı ildə orta məktəbi  başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır.

Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci Vətən müharibəsində iştirak etmişdir. O, MurovdağCəbrayılFüzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir.

Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir.