
Pənah Məmmədov (tam adı: Pənah İslam oğlu Məmmədov; 26 avqust 2000; Şəki, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub.[1] 2006-2017-ci illərdə Ə. Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə isə Şəki Texniki Kollecində «Turizm və idarəetmə təsərrüfatının təşkili» ixtisası üzrə təhsil alıb. Subay idi.
Pənah Məmmədov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Pənah Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Pənah Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Şəki rayonunda dəfn edilib.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.