VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLQAR İSMAYILOV

Стандартный

İlqar Mehdi oğlu İsmayılov (23 avqust 1988BeyləqanAzərbaycan SSR — 27 sentyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

İlqar İsmayılov 1988-ci il avqustun 23-də Beyləqan şəhərində anadan olub. 1994-2005-ci illərdə F. Hacıyev adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.

Azərbaycan Ordusunun çavuşu olan İlqar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İsmayılov sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində Piyadaların Döyüş Maşınının (PDM) vurulması nəticəsində həlak olub.

Реклама

Обсуждение закрыто.