VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: DAŞQIN SƏFİYEV

Стандартный

Daşqın Hidayət oğlu Şəfiyev (22 avqust 1989KrasnodarRusiya SFSR — 5 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı həlak olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub.

Обсуждение закрыто.