Daily Archives: 22.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: DAŞQIN SƏFİYEV

Стандартный

Daşqın Hidayət oğlu Şəfiyev (22 avqust 1989KrasnodarRusiya SFSR — 5 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı həlak olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELYAR MƏMMƏDOV

Стандартный

Elyar Elbəyi oğlu Məmmədov (22 avqust 1990AğalıkəndBiləsuvar rayonuAzərbaycan — 27 oktyabr 2020Füzuli rayonu , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.

Elyar Məmmədov 22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yolanır.

Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində FüzuliCəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.