Daily Archives: 21.08.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÖVŞƏN HÜSEYNOV

Стандартный

Hüseynov Rövşən Kazım oğlu (21 avqust 1995Bakı şəhəriAzərbaycan — 23 oktyabr 2020 (dəfn tarixi); FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rövşən Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.  2001-ci ildə Bakı şəhəri 115 nömrəli tam orta məktəbində 1-ci sinifə getmişdir. 2012-ci ildə Bakı şəhəri 202 nömrəli tam orta məktəbi bitirmişdir. 2013-cü ildə Rusiya Federasiyası, Stavropol şəhərində yerləşən «Qafqaz Xalqlarının Dostluğu İnstitutu»nun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 2017-ci ildə həmin fakültəni bakalavr pilləsi üzrə bitirmişdir.

Rövşən Hüseynov 20172018-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda ön xətdə Murovdağ istiqamətində yerləşən «N» saylı hərbi hissədə  xidmət etmişdir.

Hərbi xidmət dövründə göstərdiyi nümunəvi xidmətlərə görə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunmuşdur.

Rövşən Hüseynov 2020-ci il sentyabrın 27-də elan olunmuş səfərbərliklə əlaqədar  təkrar xidmətə çağırılmışdır və 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  iştirak etmişdir. Döyüşlərdən birində Füzuli rayonu, Kürdlər kəndi ərazisində şəhid olmuşdur. 25 oktyabr 2020-ci ildə Bakı şəhərində dəfn olunmuşdur.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALTUN MƏMMƏDOV

Стандартный

Altun Nüsrət oğlu Məmmədov (21 avqust 1999GəncəAzərbaycan — 4 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Altun Məmmədov 1999-cu il avqustun 21-də Gəncə şəhərində anadan olub.  Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Altun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Altun Məmmədov oktyabrın 4-də Füzuli döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏSƏN AYVAZOV

Стандартный

Həsən Cəlil oğlu Ayvazov (21 avqust 2000PələkliTovuz rayonu — 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Həsən Ayvazov 2000-ci il avqustun 21-də Tovuz rayonunun Pələkli kəndində anadan olub.[1] V. Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi.

Həsən Ayvazov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Həsən Ayvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 15-dən Həsən Ayvazov ilə əlaqə saxlamaq mümkün olmayıb. Noyabrın 21-də şəhid olduğu müəyyənləşib. Noyabrın 22-də Tovuz rayonunun Pələkli kəndində dəfn edilib.