Daily Archives: 20.08.2021

VƏTƏN MÜHARİBƏSNİNDƏ HƏLAK OLANLAR: TURQUT ZEYNALOV

Стандартный

Turqut Fikrət oğlu Zeynalov (20 avqust 1996Bərdə – 27 sentyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Turqut Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2002-2011-ci illərdə Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.

Turqut Zeynalov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirajk edib. Turqut Zeynalov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı həlak olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT NAĞI HƏŞİMOV

Стандартный

Nağı Anar oğlu Həşimov (20 avqust 1998GəncəAzərbaycan — 29 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub.[1] 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib.

Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayıb.

Leytenant  Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Füzuli döyüşləri zamanı həlak  olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR ŞAHBAZOV

Стандартный

Elnur Şahbazov (20 avqust 2001Yeni SuraxanıAzərbaycan — 23 oktyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şahbazov Elnur Qədir oğlu 20 avqust 2001-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. 2007-2015-ci illərdə Suraxanı rayonu 89 nömrəli məktəbində orta təhsil alıb. 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə xüsusi təyinatlı dəstəyə qoşulub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. 23 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə həlak olub. Elnur Şahbazov  Yeni Suraxanı qəsəbəsində dəfn edilib

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EMİN HÜSEYNOV

Стандартный

Emin Fərmayıl oğlu Hüseynov (20 avqust 1990YanıqlıTovuz rayonu — 9 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Emin Hüseynov 1990-cı il avqustun 20-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 1997-2008-ci illərdə A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qaldı.

Emin Hüseynov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Emin Hüseynov Tovuz döyüşlərindən sonra SHXÇDX-nə müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Emin Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Vətən müharibəsi zamanı MurovdağınFüzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Murovdağ döyüşləri zamanı yaralanmasına baxmayaraq yenidən döyüş meydanına qayıdıb.  Emin Hüseynov noyabrın 9-da Xocavənd döyüşləri zamanı həlak olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub.